Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 67 kq. çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançının rəqibi cənubi koreyalı Hyeri Oh olub.
İlk hissədə Əzizova 1:0 hesabı ilə önə keçsə də, ikinci hissədə Hyeri 2 xal qazanaraq, hesabda irəli çıxıb. Həlledici raundda isə tərəflər hərəyə 4 xal qazanıblar.
Beləliklə, Fəridə Əzizova da finala yüksələ bilməyib. O, təsəlliverici görüşdə qalib gəlsə, bürünc medal qazanacaq.