​Rio-2016-nın talismanı olan yaquar güllələnib - VİDEO

​Rio-2016-nın talismanı olan yaquar güllələnib - VİDEO Juma veterinara hücum edib
Fərdi
22 İyun , 2016 18:09
​Rio-2016-nın talismanı olan yaquar güllələnib - VİDEO

Bakı. 22 iyun. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəl estafetində xoşagəlməz hadisə baş verib. 

"Report"un məlumatına görə, məşəl daşıyanların yanında olan Juma ləqəbli yaquar Amazonas ştatında güllələnib.

Yırtıcı heyvan estafetdən sonra nəzarətçilərin əlindən qaçıb. Hadisə hərbi hissənin ərazisindəki zooparkda baş verib. İlk olaraq zoopark işçiləri Jumaya sakitləşdirici iynə vurmağa cəhd ediblər. Amma yaquar həkimlərdən birinin üzərinə hücum çəkib və bu zaman güllələnib.

Qeyd edək ki, Juma ləqəbli yaquar Rio-2016 məşəl estafetinin talismanı idi.

Son xəbərlər

Orphus sistemi