​Rio-2016: Lorenso Sotomayor: "Azərbaycana qızıl medal bəxş edəcəyəm"

​Rio-2016: Lorenso Sotomayor: "Azərbaycana qızıl medal bəxş edəcəyəm" Mən çempion olacağam
Fərdi
15 Avqust , 2016 03:11
​Rio-2016: Lorenso Sotomayor: Azərbaycana qızıl medal bəxş edəcəyəm

Bakı. 15 avqust. REPORT.AZ/ "Mən çempion olacağam".

"Report" xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Lorenso Sotomayor deyib.

O, bildirib ki, bu istiqamətdə çalışır.

"Hər gün səylə çalışıram. Azərbaycana qızıl medal bəxş edəcəyəm" – deyə Lorenso Sotomayor əlavə edib.

Qeyd edək ki, Azərbaycan təmsilçisi 1/8 final görüşündə fransalı Hassan Amzilə qalib gələrək 1/4 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi