​"Rio-2016"da olimpiya məşəlini yandıracaq idmançı müəyyyənləşib

​"Rio-2016"da olimpiya məşəlini yandıracaq idmançı müəyyyənləşib Bu, braziliyalı marafonçu Vanderley Kordeyrudur
Fərdi
6 Avqust , 2016 05:43
​Rio-2016da olimpiya məşəlini yandıracaq idmançı müəyyyənləşib

Bakı. 6 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının məşəlini braziliyalı marafonçu Vanderley Kordeyru yandıracaq.

"Report"un "Globo"ya istinadən verdiyi məlumata görə, 2004-cü il Afina Olimpiadasının bürünc mükafatçısı məşəli "Rio-2016"nın açılış mərasimində alovlandıracaq.

Daha öncə bu missiyanı ötənlərin məşhur braziliyalı tennisçisi Qustavo Kuertenin yerinə yetirəcəyi bildirilirdi. Eyni zamanda müvafiq təklif əfsanəvi futbolçu Peleyə də ünvanlanıb. Lakin "futbol kralı" səhhəti ilə əlaqədar açılış mərasiminə qatıla bilməyəcəyini söyləyib.

Qeyd edək ki, hazırda "Marakana" stadionunda mərasim davam edir.

Son xəbərlər

Orphus sistemi