Rio-2016-da daha bir dünya rekordu müəyyənləşib

Rio-2016-da daha bir dünya rekordu müəyyənləşib Efiopiyalı atlet 10 000 metr məsafəni 29 dəqiqə 17,45 saniyəyə qət edib
Fərdi
12 Avqust , 2016 19:33
Rio-2016-da daha bir dünya rekordu müəyyənləşib

Bakı. 12 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında 10 000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşib. 

"Report"un məlumatına görə, buna efiopiyalı atlet Almaz Ayana imza atıb. 

Belə ki, Efiopiya təmsilçisi həmin məsafəni 29 dəqiqə 17,45 saniyəyə qət edərək, həm yeni dünya rekordu qırıb, həm də Rio-2016-da ölkəsinə qızıl medal qazandırıb. 

Qeyd edək ki, bundan əvvəlki dünya rekordu çinli Van Tszyunsyaya məxsus olub. O, 1993-cü ildə 10 000 metr məsafəni 29 dəqiqə 31,78 saniyəyə qət edib. 

Son xəbərlər

Orphus sistemi