​"Rio-2016"da Azərbaycanın ilk təmsilçisi çıxış edib

​"Rio-2016"da Azərbaycanın ilk təmsilçisi çıxış edib Olqa Senyuk kamandan oxatma üzrə qadınların fərdi mübarizəsinə qatılıb
Fərdi
5 Avqust , 2016 23:00
​Rio-2016da Azərbaycanın ilk təmsilçisi çıxış edib

Bakı. 5 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın ilk təmsilçisi çıxış edib.

"Report"un məlumatına görə, Olqa Senyuk kamandan oxatma üzrə qadınların fərdi mübarizəsinə qatılıb.

25 yaşlı idmançı təsnifat mərhələsində 623 xalla 37-ci yeri tutub. Onun 1/16 finaldakı rəqibi çinli Tsao Xuey olacaq. Xuey təsnifat mərhələsini 631 xalla 28-ci pillədə başa vurub.

İki oxatanın mübarizəsi avqustun 10-da saat 00:57-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi