​Rio-2016: Boksçu Rüfət Hüseynov 1/16 finalda mübarizəni dayandırıb

​Rio-2016: Boksçu Rüfət Hüseynov 1/16 finalda mübarizəni dayandırıb İdmançımız namibiyalı rəqibinə məğlub olub
Fərdi
7 Avqust , 2016 00:32
​Rio-2016: Boksçu Rüfət Hüseynov 1/16 finalda mübarizəni dayandırıb

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan boksçusu Rüfət Hüseynov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının ilk görüşündəcə mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 49 kq. çəki dərəcəsində çıxış edən 19 yaşlı Hüseynov 1/16 finalda namibiyalı Matias Hamunyelaya məğlub olub.

İlk raundda Azərbaycan, ikincisində Namibiya təmsilçisi üstün olub. Üçüncü raundda isə hakimlər Hamunyelanı qalib elan edib. Bu qərar Hüseynov tərəfindən narazılıqla qarşılanıb. Lakin nəticə dəyişməyib.

Son xəbərlər

Orphus sistemi