Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən Lorenso Sotomayor 1/8 final görüşünə çıxıb. "Report"un məlumatına görə, 64 kq çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi fransalı Hassan Amzil olub.
Görüş Sotomayorun üstünlüyü şəraitində keçib. İlk 2 raundda hakimlər onun, sonuncusunda isə fransalı boksçunun üstünlüyünü qeydə alıb. Bununla da 2:1 hesablı qələbəyə nail olan Azərbaycan təmsilçisi 1/4 finala yüksəlib.
Qeyd edək ki, 1/4 finalda Lorenso Sotomayorun rəqibi Pet Makkormak (Böyük Britaniya) - Yasnier Toledo (Kuba) görüşünün qalibi olacaq.