"Rio-2016": Azərbaycanı təmsil edən çəkicatan finala yüksələ bilməyib

"Rio-2016": Azərbaycanı təmsil edən çəkicatan finala yüksələ bilməyib Onun 3 cəhdindən ən yaxşısı 70,09 metr olub
Fərdi
13 Avqust , 2016 07:44
Rio-2016: Azərbaycanı təmsil edən çəkicatan finala yüksələ bilməyib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən atlet Anna Skidan mübarizəyə qoşulub. 

"Report"un məlumatına görə, 24 yaşlı idmançı qadınlar arasında çəkicatma növündə B qrupunda çıxış edib.

Onun 3 cəhdindən ən yaxşısı 70,09 metr olub. Digər cəhdlərində Skidan çəkici 67,05 metr və 68,98 metr uzaqlığa atıb. 

Bu nəticə ilə Azərbaycan təmsilçisi qrupu 7-ci pillədə başa vurub və finala yüksələn 12 ən güclü çəkicatan sırasına düşə bilməyib.

Son xəbərlər

Orphus sistemi