Olimpiya Oyunları-2016-nın təşkilatçıları bahalı açılış mərasimindən imtina edib

Olimpiya Oyunları-2016-nın təşkilatçıları bahalı açılış mərasimindən imtina edib Marko Baliç: "Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq"
Fərdi
2 Avqust , 2016 12:22
Olimpiya Oyunları-2016-nın təşkilatçıları bahalı açılış mərasimindən imtina edib

Bakı. 2 avqust. REPORT.AZ/ Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimi əvvəlki yay Olimpiadalarında olduğu kimi bahalı və miqyaslı olmayacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə tədbirin icraçı prodüseri Marko Baliç məlumat verib.

"Bu dəfə möhtəşəm şou olmayacaq. Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq. Sadə, amma müasir mərasim olacaq. Hətta xüsusi effektlər olmadan da o, insanlara gələcək haqqında danışacaq", - deyə M.Baliç bildirib.

O, tədbirin Braziliyadakı çətin maliyyə vəziyyəti fonunda təşkil edildiyini qeyd edib. Açılış mərasiminin ümumi smetası Londonda keçirilmiş OO-2012-dəki 42 milyon dolların təxminən yarısı qədər olacaq.

Qeyd edək ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda keçiriləcək. Olimpiada avqustun 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi