​Misir cüdoçusu israilli rəqibi ilə əl sıxmadığı üçün Olimpiadanı tərk edib

​Misir cüdoçusu israilli rəqibi ilə əl sıxmadığı üçün Olimpiadanı tərk edib Bu barədə qərar Misir yığması tərəfindən qəbul olunub
Fərdi
16 Avqust , 2016 01:42
​Misir cüdoçusu israilli rəqibi ilə əl sıxmadığı üçün Olimpiadanı tərk edib

Bakı. 16 avqust. REPORT.AZ/ Misir cüdoçusu İslam əl-Şəhəbi Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunlarında israilli rəqibi Ori Sasona məğlub olduqdan sonra onunla əl sıxmaqdan imtina etdiyinə görə, Olimpiadadan evə göndərilib.

"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) istinadən "Reuters" məlumat yayıb.

Qərarın Misir yığması tərəfindən qəbul olunduğu bildirilir.

İnsident cümə günü baş verib. Bu hadisədən sonra BOK idmançının hərəkətini pisləyib.

Olimpiya oyunları avqustun 21-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi