"Mançester Yunayted" klubu yeni baş məşqçisini təqdim edib

"Mançester Yunayted" klubu yeni baş məşqçisini təqdim edib Joze Mourinyo ilə 3 illik müqavilə bağlanılıb
Fərdi
27 May , 2016 13:03
Mançester Yunayted klubu yeni baş məşqçisini təqdim edib

Bakı. 27 may. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol klubu Joze Mourinyonu baş məşqçi postuna təyin edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, portuqaliyalı mütəxəssislə 3 illik müqavilə bağlanılıb. 

Lakin anlaşmaya əsasən, J.Mourinyo ən azı 2020-ci ilədək komandada qala bilər. Təyinatı barədə danışan 53 yaşlı baş məşqçi "Mançester Yunayted"in baş məşqçisi olmaqdan qürur duyduğunu bildirib: "Bu, məşhur və dünyada hamının qürur duyduğu klubdur. Mistika və romantikaları sarıdan heç bir klubla müqayisə oluna bilməz. Hər zaman "Old Trafford"a yaxınlıq hiss etmişəm. Bu arena karyeramda mühüm izlər buraxıb. İşə başlayacağım və möhtəşəm dəstəkdən zövq alacağım anları səbirsizliklə gözləyirəm". 

Qeyd edək ki, Joze Mourinyo Portuqaliya, İngiltərə, İtaliya və İspaniyada çempionluq titulları qazanıb. O, habelə, 2004-cü ildə Portuqaliyanın "Portu", 2010-cu ildə isə İtaliyanın "İnter" klubu ilə Çempionlar Liqasının qalibi olub. Ümumilikdə, J.Mourinyo 2003-cü ildən bəri 22 kubok əldə edib. 

Son xəbərlər

Orphus sistemi