İdman arbitraj məhkəməsi rusiyalı yüngül atletləri Rio olimpiadasına buraxmayıb

İdman arbitraj məhkəməsi rusiyalı yüngül atletləri Rio olimpiadasına buraxmayıb Lozannada İdman arbitraj məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsi və 67 yüngül atletin kollektiv iddiasını rədd edib
Fərdi
21 İyul , 2016 13:53
İdman arbitraj məhkəməsi rusiyalı yüngül atletləri Rio olimpiadasına buraxmayıb

Bakı. 21 iyul. REPORT.AZ/ Lozannada yerləşən İdman arbitraj məhkəməsi (CAS) beynəlxalq yarışlardan kənarlaşdırılmalarına görə, şikayət edən Rusiya Olimpiya Komitəsi və 67 yüngül atletin kollektiv iddiasını rədd edib.

Bu barədə "Report" "NTV"yə istinadən xəbər verir. 

Müvafiq məhkəmə qərarını qurumun baş katibi Matye Rib elan edib. 

Beləliklə, CAS Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyasının (IAAF) qərarını qüvvədə saxlayıb. Assosiasiya uzunluğa tullanma üzrə yarışan Darya Klişinadan başqa, bütün idmançıların Rio-de-Janeyro-2016 olimpiadasında iştirak üçün ərizələrini qəbul etməyib.

Son xəbərlər

Orphus sistemi