Bakı. 14 avqust. REPORT.AZ/ Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yunan-Roma güləşçimiz Elvin Mürsəliyev döşək üzərinə çıxıb.
"Report" xəbər verir ki, 75 kq. çəki dərəcəsində mübarizə aparan Mürsəliyev 1/16 finalda misirli Mahmud Fevzi Rəşad Sebi ilə qarşılaşıb.
Azərbaycan təmsilçisi Olimpiadaya qələbə ilə başlayıb və rəqibini məğlub edərək 1/8 finala mərhələsinə çıxıb.