Gimnast Marina Durunda Olimpiadada finala yüksəlib

Gimnast Marina Durunda Olimpiadada finala yüksəlib 19 yaşlı idmançı bu nailiyyətə fərdi çoxnövçülük yarışında imza atıb
Fərdi
20 Avqust , 2016 01:01
Gimnast Marina Durunda Olimpiadada finala yüksəlib

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan bədii gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında finala yüksəlib.

"Report"un məlumatına görə, 19 yaşlı idmançı bu nailiyyətə fərdi çoxnövçülük yarışında imza atıb.

O, halqa, top, lent və gürzlə hərəkətlərin cəmində 70,348 xal toplamağa müvəffəq olub. Bu nəticə ilə Durunda 8-ci yeri tutub və ilk "10-luğ"a düşdüyü üçün finala vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi