Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı turnirlərə qatılmayacaq

Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı turnirlərə qatılmayacaq Artur Gevorqyan: ""Hərbi vəziyyəti nəzərə alaraq..."
Fərdi
5 Aprel , 2016 13:28
Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı turnirlərə qatılmayacaq

Bakı. 5 aprel. REPORT.AZ/ Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı reytinq turnirlərində iştirak etməyəcəklər. "Report"un məlumatına görə, bu barədə Ermənistan Boks Federasiyasının prezidenti Artur Gevorqyan açıqlama verib.

A.Gevorqyan bildirib ki, sərbəst qrafiklə xidmət keçən bütün idmançılar öz hərbi hissələrinə qayıdacaqlar: "Hərbi vəziyyəti nəzərə alaraq, federasiya prezidenti kimi öz idmançılarımıza Türkiyə və Azərbaycanda təşkil olunacaq olimpiya lisenziyalı reytinq turnirlərində iştirak imkanı verməyəcəyəm".

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq turnirlərindən birincisi 9 - 17 apreldə Türkiyənin Samsun şəhərində, sonuncusu isə 14 - 26 iyunda Bakıda olacaq. 

Son xəbərlər

Orphus sistemi