Çin yığması vaxtından əvvəl Paralimpiya Oyunlarının qalibi olub

Çin yığması vaxtından əvvəl Paralimpiya Oyunlarının qalibi olub Komandanın aktivində 105 qızıl, 81 gümüş və 51 bürünc medal var
Fərdi
18 Sentyabr , 2016 05:07
Çin yığması vaxtından əvvəl Paralimpiya Oyunlarının qalibi olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Çin yığma komandası bazar ertəsi yekunlaşacaq Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarının medal hesabında vaxtından əvvəl qələbə qazanıb.

"Report" xəbər verir ki, şənbə günü 61 medal dəsti oynanılıb və çinlilərin rəqiblərinin ümumi hesabda qalib gəlmələri üçün nəzəri şansları var idi. Lakin onlar Çin komandasına çata bilməyiblər.

Son gün oncəsi Çin yığma komandasının aktivində 105 qızıl, 81 gümüş və 51 bürünc medal var. Onun ən yaxın izləyicisi olan britaniyalıların 64 qızıl, 39 gümüş və 44 bürünc medalları var. Üçlüyü 41 qızıl, 37 gümüş və 39 bürünclə Ukrayna yığması qapayır.

Son yarış günündə paralimpiyaçılar ən azı 10 medal dəsti uğrunda mübarizə aparacaqlar ki, bu da çinlilərin birinciliyi üçün heç bir təhlükə yaratmır.

Son xəbərlər

Orphus sistemi