​Braziliyada RİO-2016 zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb

​Braziliyada RİO-2016 zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb Onlar İŞİD-i dəstəkləyən qrupun üzvü olmaqda şübhəli sayılır
Fərdi
21 İyul , 2016 20:07
​Braziliyada RİO-2016 zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfər saxlanılıb

Bakı. 21 iyul. REPORT.AZ/ Braziliya polisi İŞİD-i dəstəkləyən qrupun üzvü olmaqda və Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 nəfəri saxlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Braziliyanın ədliyyə naziri Alexandre Moraes məlumat verib.

Bir qədər əvvəl Reuters Agentliyi iyulun 21-də səhər saatlarında başlayan antiterror əməliyyatı çərçivəsində terror aktı hazırlamaqda şübhəli bilinən bir qrup şəxsin saxlanıldığı haqqında informasiya yayıb. Agentliyin məlumatına əsasən, əməliyyat ölkənin 9 ştatında aparılıb.

Braziliya prezidentinin vəzifələrini icra edən Mişel Temer kabinetin təcili iclasını çağırıb.

Son xəbərlər

Orphus sistemi