Çingiz Hüseynzadə: "Braziliyada müəyyən problemlər olduğundan bu il turistlərin gedişini təşkil etmədik"

Çingiz Hüseynzadə: "Braziliyada müəyyən problemlər olduğundan bu il turistlərin gedişini təşkil etmədik" "Kim istəyirsə, öz şəxsi təşəbbüsü ilə biletini alıb Rio-de-Janeyroya gedə bilər"
Fərdi
22 İyul , 2016 18:39
Çingiz Hüseynzadə: Braziliyada müəyyən problemlər olduğundan bu il turistlərin gedişini təşkil etmədik

Bakı. 22 iyul. REPORT.AZ/ “Bundan əvvəlki Olimpiya Oyunlarında xüsusi turist qrupları hazırlayırdıq. Lakin Brazilayada müəyyən problemlər olduğundan bu il turistlərin Rio-de-Janeyroya gedişini təşkil etmədik”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

Onun sözlərinə görə, Braziliyada Zika və digər xətəliklər yayılıb: “Eyni zamanda, ölkədə kriminal vəziyyət müşahidə olunur. Ona görə də biz öz vətəndaşlarımızı riskə atmamaq üçün rəsmi şəkildə səfər təşkil edə bilmərik. Lakin kim istəyirsə öz şəxsi təşəbbüsü ilə biletini alıb Rio-de-Janeyroya gedə bilər. Həmçinin, Braziliyadakı stadionların qarşısından biletləri əldə edə bilərlər. Eyni zamanda, online formada da bilet almaq olar”. 

Son xəbərlər

Orphus sistemi