Bakı. 6 avqust. REPORT.AZ/ Böyük Britaniya yığmasının Rio-de-Janeyrodakı olimpiya kəndində içərisində geyim və avadanlığın olduğu 9 çantası yoxa çıxıb.
Bu barədə "Report" "The Guardian"a istinadən xəbər verir.
Bəzi çantalarda britaniyalı üzgüçülərin forması olub, lakin komandanın ehtiyat avadanlığı qalır. Britaniyaların təqribən 3 minə yaxın çantası olub.
Digər ölkələrin yığmaları da əşyaların itməsi haqqında dəfələrlə şikayət edib.
Xatırladaq ki, Olimpiya Oyunları avqustun 21-də başa çatacaq.