Boksçu Lorenso Sotomayor Olimpiadanın bürünc medalını təmin edib

Boksçu Lorenso Sotomayor Olimpiadanın bürünc medalını təmin edib Azərbaycan idmançısı 64 kq. çəki dərəcəsində kubalı Yasnier Toledonu məğlub edib
Fərdi
17 Avqust , 2016 01:29
Boksçu Lorenso Sotomayor Olimpiadanın bürünc medalını təmin edib

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor 1/4 final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi həmyerlisi Yasnier Toledo olub.

İlk iki raundda Sotomayorun üstünlüyü qeydə alınıb. Sonuncu raundda da Toledo vəziyyəti xeyrinə dəyişə bilməyib.

Beləliklə, Azərbaycanın daha bir boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.

Qeyd edək ki, daha öncə 75 kq. çəkidəki boksçu Kamran Şahsuvarlı bürünc medalı təmin edib.

Son xəbərlər

Orphus sistemi