Prezident: "Biz Azərbaycanda böyük idman yarışları keçirmişik"

Prezident: "Biz Azərbaycanda böyük idman yarışları keçirmişik" "İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi"
Fərdi
7 Oktyabr , 2016 17:39
Prezident: Biz Azərbaycanda böyük idman yarışları keçirmişik

Bakı. 7 oktyabr. REPORT.AZ/ "Bu il idmançılarımız da bizi çox sevindirib". 

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib. 

"Bizim komandamız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanıb. Medalların sayına görə dünya miqyasında 14-cü, Avropada 7-ci, postsovet məkanında Rusiyadan sonra ikinci, müsəlman aləmində isə birinci yerdəyik. Bax, bu rəqəmləri şərh etməyə heç bir ehtiyac yoxdur", - deyə dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev Azərbaycanda keçirilmiş mötəbər idman yarışlarına da toxunub: "Biz Azərbaycanda böyük idman yarışları keçirmişik. 500 milyon auditoriyası olan “Formula-1” yarışını keçirmişik. Özü də “Formula-1” qrupunun rəhbərləri də qeyd etmişlər ki, ən gözəl yarış Azərbaycanda keçirildi. İlk dəfə olaraq Azərbaycanda ən yaxşı təşkil edilən Ümumdünya Şahmat Olimpiadası keçirildi. Bu olimpiadaya bütün dünyadan - 200-ə yaxın ölkədən nümayəndələr gəlmişdi".

Son xəbərlər

Orphus sistemi