​Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb

​Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb İOC dünya idman federasiyalarına rusiyalı idmançıları olimpiadaya buraxma məsələsini sərbəst həll etmək hüququ verib
Fərdi
24 İyul , 2016 21:52
​Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb. "Report"un məlumatına görə, İOC dünya idman federasiyalarına rusiyalı idmançıları olimpiadaya buraxma məsələsini sərbəst həll etmək hüququ verib.

Beləliklə, qonşu ölkədən "Rio-2016"da yalnız atletlər mübarizə aparmayacaqlar. Onları Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası kənarlaşdırıb. Bundan başqa, əvvəllər dopinq problemləri olan rusiyalı idmançılar da olimpiadaya getməyəcəklər.

Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi