Beynəlxalq Olimpiya Komitəsi Küveyti diskvalifikasiya edib

Beynəlxalq Olimpiya Komitəsi Küveyti diskvalifikasiya edib Ölkə idmançıları Rio-2016-dan kənarda qala bilər
Fərdi
27 Oktyabr , 2015 09:40
Beynəlxalq Olimpiya Komitəsi Küveyti diskvalifikasiya edib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Küveyt Milli Olimpiya Komitəsi fəaliyyətinə hökumətin müdaxiləsi üzündən diskvalifikasiyaya məruz qalıb. "Report"un məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar qəbul edib.

Qərardan apellyasiya üçün oktyabrın 27-dək vaxt verilib. İOC-un qərarı qüvvədə saxlanılsa, Küveyt idmançıları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ölkəni təmsil edə bilməyəcəklər. Daha öncə Küveyt Futbol Assosiasiyası da eyni səbəbdən FİFA-nın cəzası ilə üzləşib. Ölkənin milli komandası və klubları ali futbol qurumu və Asiya Futbol Konfederasiyasının bayrağı altında keçirilmiş turnirlərdən kənarlaşdırılıblar. 

Qeyd edək ki, Küveyt komandasının 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da iştirakı sual altına düşüb. 

Son xəbərlər

Orphus sistemi