"Barselona" Neymarın olimpiadada iştirakına razılıq verib

"Barselona" Neymarın olimpiadada iştirakına razılıq verib Klub Braziliya Futbol Konfederasiyasına təşəkkür edib
Fərdi
21 Aprel , 2016 10:30
Barselona Neymarın olimpiadada iştirakına razılıq verib

Bakı. 21 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubu futbolçusu Neymarın 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcəyini təsdiqləyib. "Report"un məlumatına görə, Kataloniya təmsilçisi Braziliya Futbol Konfederasiyasına klubun xahişi ilə razılaşdığı üçün minnətdarlığını bildirib. 

"Barsa" rəhbərliyi hesab edir ki, 24 yaşlı hücumçu hər iki yarışda iştirak etdikdə yeni mövsümədək tam bərpa ola bilməyəcək. Neymarla bağlı təklif belə olub: Oyunçu "Rio-2016"ya qatılsın, Amerika Kubokuna yox. 

Qeyd edək ki, olimpiada çərçivəsində futbol turniri 3 - 21 avqustda, ABŞ-da keçiriləcək Amerika Kuboku isə 3 - 26 iyunda keçiriləcək. Bu mövsüm Neymar "Barselona"da 44 oyuna 28 qol vurub. 

Son xəbərlər

Orphus sistemi