Azərbaycanlı boksçu ermənistanlı idmançını məğlub edərək Rio-2016-ya vəsiqə qazanıb

Azərbaycanlı boksçu ermənistanlı idmançını məğlub edərək Rio-2016-ya vəsiqə qazanıb Cavid Çələbiyev adını finala yazdırıb
Fərdi
15 Aprel , 2016 16:36
Azərbaycanlı boksçu ermənistanlı idmançını məğlub edərək Rio-2016-ya vəsiqə qazanıb

Bakı. 15 aprel. REPORT.AZ/ Boks üzrə Azərbaycan milli komandası Türkiyənin Samsun şəhərində keçirilən Avropa Təsnifat Turnirində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb. "Report"un məlumatına görə, bu vəsiqəyə yarımfinalda ermənistanlı Aram Avaqyanı məğlub edən Cavid Çələbiyev yiyələnib.

56 kq çəki dərəcəsində yer alan C.Çələbiyev bu qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün Rio-2016-da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi Böyük Britaniyadan olan idmançı Aşfaq Qais olacaq. A.Qais yarımfinalda ukraynalı Mikola Butsenkonu məğlub edib.

Qeyd edək ki, bu gün daha bir lisenziyanı qadın boksçu Yana Alekseyevna qazanıb. O, irlandiyalı Olimpiya, 4 qat dünya və 5 qat Avropa çempionu, eləcə də "Bakı 2015" I Avropa Oyunlarının qalibi Keti Taylora qalib gələrək adını finala yazıdırb və Rio-2016-da iştirak hüququ qazanıb. Ötənilki dünya çempionatında Azərbaycanın 3 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq) və Pərviz Bağırov (69 kq) Rio-2016-ya lisenziya qazanıb. Bununla da Azərbaycan idmançılarının olimpiadaya qazandıqları lisenziyaların sayı 37-yə çatıb. 

Son xəbərlər

Orphus sistemi