Azərbaycanın qadın kayakçısı "Rio-2016"da finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın qadın kayakçısı "Rio-2016"da finala yüksəlib - YENİLƏNİB İnna Osipenko-Radomskaya məsafəni 1 dəqiqə 57,627 saniyəyə qət edib
Fərdi
17 Avqust , 2016 18:40
Azərbaycanın qadın kayakçısı Rio-2016da finala yüksəlib - YENİLƏNİB

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 1 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finala yüksəlib. 

"Report"un məlumatına görə, 34 yaşlı idmançı yarımfinal yürüşündə finişə 1 dəqiqə 57,627 saniyəyə çatıb.

O, yalnız almaniyalı Frantsişka Veberdən 1,112 saniyə geri qalaraq 2-ci yeri tutub.

Hər iki idmançı ilə yanaşı, finala macarıstanlı Danuta Kozak (1:54.241), danimarkalı Emma Yorgensen (1:55.193), çinli Yu Ju (1:55.311), belaruslu Marina Litvinçuk (1:55.641), yeni zelandiyalı Liza Karrinqton (1:56.155) və rusiyalı Yelena Anyuşina (1:57.229) da yüksəlib.

Qeyd edək ki, həlledici yürüş avqustun 18-də Bakı vaxtı ilə saat 17:11-də başlanacaq.

*** 17:23, 17:55

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb. 

"Report"un məlumatına görə, 34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çatıb.

Bununla da Osipenko-Radomskaya yürüşün qalibi olaraq yarımfinala adlayıb.

Növbəti mərhələ yürüşü saat 18:17-də start götürəcək.

Osipenko-Radomskayanın rəqibləri sloveniyalı Spela Ponomarenko-Yaniç, böyük britaniyalı Reycel Koutorn, CAR təmsilçisi Bricit Ellen Hartli, portuqaliyalı Tereza Portela və almaniyalı Frantsişka Veber olar. 

Reqlamentə əsasən, yürüşü ilk 2 sırada başa vuranlarla yanaşı, 3 yürüşdə 3-cü yeri tutanlardan ən yaxşı göstəriciyə malik 2 kayakçı finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi