​Azərbaycanın idman gimnastı "Rio-2016"da finala yüksəlib

​Azərbaycanın idman gimnastı "Rio-2016"da finala yüksəlib Stepko fərdi çoxnövçülükdə 86,208 bal toplayaraq 20-ci yeri tutub
Fərdi
7 Avqust , 2016 08:36
​Azərbaycanın idman gimnastı Rio-2016da finala yüksəlib

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycanın idman gimnastları Oleq Stepko və Petro Paxnyuk 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təsnifat yarışlarına qatılıblar.

"Report"un məlumatına görə, hər iki idmançı kişilərin fərdi çoxnövçülük yarışlarında və ayrı-ayrı hərəkətlər üzrə mübarizə aparıb.

Fərdi çoxnövçülükdə Stepko 6 hərəkətin cəmində 86,208 bal toplayaraq, 20-ci yeri tutub və finala yüksəlib. Paxnyuk isə 84,215 balla 34-cü yeri tutaraq, mübarizəni dayandırıb.

Ayrı-ayrı hərəkətlərə gəlincə, onların nəticələri belə olub:

Sərbəst çıxışlar

41. Petro Paxnyuk - 14,133

50. Oleq Stepko - 13,900

İdman atı

13. Oleq Stepko - 14,975

35. Petro Paxnyuk - 14,233

Halqalar

47. Oleq Stepko - 14,033

59. Petro Paxnyuk - 13,600

Paralel qollar

18. Oleq Stepko - 15,300

51. Petro Paxnyuk - 14,166

Turnik

50. Petro Paxnyuk - 13,783

57. Oleq Stepko - 13,600

Ayrı-ayrı hərəkətlərin heç birində Azərbaycan təmsilçiləri finala yüksələ bilməyib. Fərdi çoxnövçülük üzrə final mərhələsi isə avqustun 10-da Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi