Bakı. 9 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb.
"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində keçirilən görüşdə rəqib çinli Çao Minqqanq olub.
Görüş Şahsuvarlının qələbəsi ilə yekunlaşıb - 3:0.
Onun 1/8 finalda rəqibi rusiyalı Artyom Çebotaryov olacaq. Döyüş avqustun 13-də saat 01:30-da başlayacaq.
Qeyd edək ki, daha öncə Azərbaycan boksçularından Teymur Məmmədov (81 kq) 1/8 finala, Abdulqadir Abdullayev (91 kq) isə 1/4 finala yüksəlib. Yalnız Rüfət Hüseynov (49 kq) ilk görüşdəcə uduzaraq, mübarizəni dayandırıb.