Azərbaycanın akademik avarçəkənlərindən ibarət duet "Rio-2016"da yarımfinala yüksəlib

Azərbaycanın akademik avarçəkənlərindən ibarət duet "Rio-2016"da yarımfinala yüksəlib Aleksandr Aleksandrov - Boris Yotov dueti seçmə yürüşdə 2-ci yeri tutub
Fərdi
6 Avqust , 2016 19:30
Azərbaycanın akademik avarçəkənlərindən ibarət duet Rio-2016da yarımfinala yüksəlib

Bakı. 6 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov dueti start xəttinə çıxıb.

"Report"un məlumatına görə, cütlük 2 nəfərlik qoşaavarlı qayıqla (M2X) 2000 metr məsafəyə seçmə yürüşdə iştirak edib.

Məsafənin ilk 1/4 hissəlik bölümündə onlar 4-cü yerdə getsələr də, sonrakı 1000 metrlik məsafədə hamıdan öndə olublar. Lakin sona doğru yeni zelandiyalı Robert Menson - Kristofer Harris dueti liderliyi ələ alıb və finişə 6 dəqiqə 40,350 saniyəyə çataraq, yürüşün qalibi olub. Onlardan cəmi 0,170 saniyə geri qalan Aleksandrov - Yotov dueti 6 dəqiqə 40,520 saniyə nəticə ilə 2-ci olub. Üçüncü yeri 6 dəqiqə 42,330 saniyə nəticə ilə italiyalı Françesko Fossi - Romano Battisti cütlüyü tutub. Reqlamentə əsasən, hər 3 duet birbaşa yarımfinala yüksəlib.

Böyük britaniyalı Conatan Uolton - Con Kollinz (06:43.930) və kubalı Eduardo Rubio Rodriges - Adrian Oquendo (06:52.200) duetləri isə mübarizəni təsəlliverici yürüşdə davam etdirəcəklər.

Qeyd edək ki, yarımfinal yürüşü avqustun 9-da Bakı vaxtı ilə saat 17:30-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi