​Azərbaycan yığmasının bayraqdarı olimpiadada 1/4 finala yüksəlib

​Azərbaycan yığmasının bayraqdarı olimpiadada 1/4 finala yüksəlib Teymur Məmmədov holland Peter Mullenberqi məğlub edib
Fərdi
12 Avqust , 2016 02:46
​Azərbaycan yığmasının bayraqdarı olimpiadada 1/4 finala yüksəlib

Bakı. 12 avqust. REPORT.AZ/ Azərbaycan boksçusu Teymur Məmmədov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

"Report"un məlumatına görə, 81 kq. çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançının 1/8 finaldakı rəqibi hollandiyalı Peter Mullenberq olub.

İlk iki raunddan üstün ayrılan Məmmədov sonuncu raundda da rəqibinə şans verməyib. Nəticədə Azərbaycan yığmasının bayraqdarı görüşü qələbə ilə başa vuraraq, daha bir mərhələ adlayıb.

Məmmədov 1/4 finalda Mixail Dovqalivets (Belarus) - Adilbek Niyazımbetov (Qazaxıstan) görüşünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, bundan əvvəl "Rio-2016"da Rüfət Quliyev (49 kq), Cavid Çələbiyev (56 kq) və Pərviz Bağırov (69 kq) ilk, Abdulqadir Abdullayev (91 kq) ikinci görüşündə uduzaraq, mübarizəni dayandırıb. Əvəzində Albert Səlimov (60 kq), Lorentso Sotomayor (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) ikinci görüşündən qalib ayrılıb. Dünya çempionu Elvin Məmişzadə (52 kq) və yeganə qadın boksçu Yana Alekseyevna (60 kq) isə hələ mübarizəyə başlamayıb.

Son xəbərlər

Orphus sistemi