​Azərbaycan velosipedçisi "Rio-2016"ya növbəti lisenziya xalı qazanıb

​Azərbaycan velosipedçisi "Rio-2016"ya növbəti lisenziya xalı qazanıb Azərbaycan velosipedçiləri yekun sıralamada 5-ci yeri tutublar
Fərdi
28 Sentyabr , 2015 18:02
​Azərbaycan velosipedçisi Rio-2016ya növbəti lisenziya xalı qazanıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın şosse velosipedi üzrə Elit yığma komandası və "Synergy Baku Cycling Project" klubunun üzvü Maksim Averin 2016-cı il Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak yolunda növbəti uğurlu addım atıb. Azərbaycan Velosiped Federasiyasından "Report"a verilən məlumata görə, Azərbaycan təmsilçisi Fransada keçirilən birgünlük "Duo Normand" veloyürüşündə 10 lisenziya xalı qazanmaqla ümumi xallarının sayını 158-ə çatdırıb.

Beynəlxalq Velosipedçilər İttifaqının 1.1 kateqoriyalı yarışında iştirakçılar cüt ötüşmə sistemi üzrə mübarizə aparıblar. Reqlamentə əsasən, komandaların tərkibi fərdi ötüşmə (time trial) üzrə ölkə çempionlarından ibarət olmalı idi ki, "Synergy Baku"nu "Duo Normand" yarışında Azərbaycan çempionu Maksim Averinlə Yunanıstan çempionu Yannis Tamuridis təmsil edib.

Qeyd edək ki, 16 komandanın iştirak etdiyi yarışda Azərbaycan velosipedçiləri 54 km məsafəni 1 saat 9 dəqiqə 37 saniyəyə qət etməklə yekun sıralamada 5-ci yeri tutublar. Nəticədə onların aktivlərinə 10 reytinq xalı yazılıb.

Son xəbərlər

Orphus sistemi