​Azərbaycan velosipedçisi olimpiadada finala çıxa bilməyib

​Azərbaycan velosipedçisi olimpiadada finala çıxa bilməyib Olqa İsmayılova sabah sprint növündə mübarizəni davam etdirəcək
Fərdi
13 Avqust , 2016 18:56
​Azərbaycan velosipedçisi olimpiadada finala çıxa bilməyib

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın velosipedçi Olqa İsmayılova bu gün keyrin növündə çıxış edib.

"Report"un məlumatına görə, 31 yaşlı idmançı əvvəlcə seçmə mərhələdə mübarizə aparıb.

O, öz yarımqrupunda 7 iştirakçı arasında 4-cü yeri tutub. Bu nəticə ilə İsmayılova təsəlliverici yürüşə vəsiqə qazanıb. Lakin həmin mərhələdə azərbaycanlı velosipedçi 4 iştirakçı arasında sonuncu olub. Nəticədə təcrübəli idmançı ikinci mərhələyə yüksələ bilməyib və mübarizəni dayandırıb.

Qeyd edək ki, Olqa İsmayılova sabah velosiped idmanının sprint növündə də mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi