Azərbaycan üzgüçüsü “Rio-2016”da gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü “Rio-2016”da gümüş medal qazanıb Dmitri Saleh 100 metr məsafəni 1:08.80 dəqiqəyə qət edib
Fərdi
14 Sentyabr , 2016 03:33
Azərbaycan üzgüçüsü “Rio-2016”da gümüş medal qazanıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Braziliyanın paytaxtı Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarının 6-cı yarış günündə Azərbaycanın aktivinə daha bir medal əlavə olunub.

"Report" xəbər verir ki, Azərbaycanın üzgüçücü Dmitri Saleh 100 metr məsafədə (1:08.80 dəqiqəlik nəticə) brass üslulu ilə yarışda ikinci yeri tutaraq gümüş medal qazanıb.

Bununla da Paralimpiya millimizin Rioda qazanılan medallarının sayı 7 olub. 

Son xəbərlər

Orphus sistemi