Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında gümüş medal qazanıb

Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında gümüş medal qazanıb Yığmanın medallarının sayı 10-na çatıb
Fərdi
18 Sentyabr , 2016 01:35
Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarında gümüş medal qazanıb

Bakı. 18 sentyabr. REPORT.AZ/ Azərbaycan yığması XV Yay Paralimpiya Oyunlarında 10-cu medalını qazanıb.

"Report" xəbər verir ki, üzgüçü Dmitri Saleh finalda 50 metrə sərbəst növündə 24.29 nəticə göstərərək gümüş medala sahıb çıxıb.

Digər idmançımız Raman Saleh 50 metrə sərbəst növündə 24.45 nəticə göstərərək yarışı 4-cü yerdə bitirib.

Hazırda Azərbaycan yığma komandasının aktivində 1 qızıl, 7 gümüş və 2 bürünc medal var.

Yarışlara bu gün yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi