Azərbaycan triatlonçusu Rio-2016-da 39-cu olub

Azərbaycan triatlonçusu Rio-2016-da 39-cu olub Pevtsov bu nəticəni 55 idmançı arasında göstərib
Fərdi
18 Avqust , 2016 21:21
Azərbaycan triatlonçusu Rio-2016-da 39-cu olub

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən triatlonçu Rostislav Pevtsov turnirdə 39-cu yeri tutub.

"Report"un məlumatına görə, Pevtsov bu nəticəni 55 idmançı arasında göstərib.

Triatlonçular 1,5 km. məsafəni üzüb keçdikdən sonra 43 km-lik yolu velosipedlə qət ediblər və 10 km. qaçaraq finişə çatıblar. Amma bu, 5 idmançıya müyəssər olmayıb. 29 yaşlı triatlonçu üç hərəkətin cəmində 1 saat 52 dəqiqə 6 saniyə nəticə göstərib. O, üzgüçülükdə 42-ci, velosipedsürmədə 8 mərhələnin yekununda 36-cı, qaçışda isə 18-ci nəticə göstərib. Məhz üzgüçülükdəki zəif çıxışı onun yekun nəticəsinə təsir edib.

Rostislav Pevtsov "Bakı-2015" I Avropa Oyunlarının bürünc medalçısıdır.

Son xəbərlər

Orphus sistemi