Azərbaycan Rusiya paralimpiyaçılarının Oyunlara buraxılmamasına görə verilən 3 lisenziyadan imtina edib

Azərbaycan Rusiya paralimpiyaçılarının Oyunlara buraxılmamasına görə verilən 3 lisenziyadan imtina edib Azad Rəhimov: "Lisenziya qazanmayan idmançı olimpiadaya necə gedə bilər?"
Fərdi
31 Avqust , 2016 12:33
Azərbaycan Rusiya paralimpiyaçılarının Oyunlara buraxılmamasına görə verilən 3 lisenziyadan imtina edib

Bakı. 31 avqust. REPORT.AZ/ Azərbaycan Rusiya yığmasının 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarına buraxılmaması ilə əlaqədar verilən əlavə 3 lisenziyadan imtina edib. "Report"un məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib. 

Azərbaycanın bu lisenziyaları qazanmadığını bildirən A.Rəhimov: "Vəsiqələri əldə etməyən idmançı necə o yarışa gedə bilər?" deyib. 

Digər tərəfdən, məhkəmənin qərarının olmadığını xatırladan nazir "Əlilləri uzun illər hazırlaşdıqları yarışa buraxmamaq ən azı, Allaha xoş getməz" söyləyib. 

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunları 7 - 18 sentyabrda keçiriləcək. Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycan idmançılarından cüdoçu Afaq Sultanova və Ramin Əliyevə, eləcə də atlet Hüseyn Hüseynova Oyunlarda iştirak hüququ verib. Sultanova 2012-ci il London Yay Paralimpiya Oyunlarının qalibidir. "Rio -2016"da Azərbaycanın 27 paralimpiyaçısı 6 idman növündə ümumilikdə 44 lisenziya qazanıb.

Son xəbərlər

Orphus sistemi