Azərbaycan Rio-2016-da 3-cü medalı təmin edib

Azərbaycan Rio-2016-da 3-cü medalı təmin edib Kamran Şahsuvarlı yarımfinala yüksəlib
Fərdi
15 Avqust , 2016 20:25
Azərbaycan Rio-2016-da 3-cü medalı təmin edib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı 1/4 final döyüşünə çıxıb. 

"Report"un məlumatına görə, gənc idmançının rəqibi qazaxıstanlı Janıbek Alimxanulı olub.

Görüşü yüksək əzmkarlıqla keçirən Şahsuvarlıya ilk raundda hər 3 hakim, ikincidə isə onlardan 2-si qələbə verib. Sonuncu raund isə qazaxıstanlı boksçunun üstünlüyü ilə keçsə də, ümumi nəticə dəyişməyib. Beləliklə, Azərbaycan boksçusu yarımfinala yüksələrək, ən azı bürünc medalı təmin edib. Bu, "Rio-2016"da 3-cü, boksda isə ilk medal olub.

Xatırladaq ki, Kamran Şahsuvarlının növbəti mərhələdə rəqibi kubalı Arlen Lopes olacaq. Avqustun 18-də keçiriləcək görüş saat 22:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi