Azərbaycan kanoeçisi olimpiadaya lisenziya qazana bilməyib

Azərbaycan kanoeçisi olimpiadaya lisenziya qazana bilməyib Aleksey Kupin yarımfinalda mübarizəni dayandırıb
Fərdi
18 May , 2016 15:11
Azərbaycan kanoeçisi olimpiadaya lisenziya qazana bilməyib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Almaniyanın Duysburq şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri kayak və kanoe üzrə Avropa Təsnifat Reqatası start götürüb. "Report"un məlumatına görə, reqatada Azərbaycanı kanoeçi Aleksey Kupin təmsil edib.

1 nəfərlik qayıqla (C-1) 1000 metr məsafəyə yürüşdə Kupin seçmə mərhələni 4 dəqiqə 2,907 saniyə nəticə ilə 4-cü yerdə başa vurub. Yarımfinalda da o, 4-cü olub. Kanoeçi bu dəfə finişə 4 dəqiqə 1,562 saniyəyə çatıb.

Azərbaycan təmsilçisi ilk "3-lüy"ə düşə bilmədiyindən mübarizəni dayandırıb və lisenziyasız qalıb.

Bununla da Azərbaycanı "Rio-2016"da kayak və kanoe növündə 2 idmançının təmsil edəcəyi dəqiqləşib. Olimpiadaya ötənilki dünya çempionatında lisenziyanı təmin etmiş kayakçı İnna Osipenko-Radomska (200 metr və 500 metr) ilə kanoeçi Valentin Demyanenko (200 metr) yollanacaq.

Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları 5-21 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi