​Azərbaycan kanoe-slalomçusu Olimpiadanın yarımfinalına yüksəlib

​Azərbaycan kanoe-slalomçusu Olimpiadanın yarımfinalına yüksəlib Meqliç 21 iştirakçı arasında 11-ci yeri tutub
Fərdi
7 Avqust , 2016 23:53
​Azərbaycan kanoe-slalomçusu Olimpiadanın yarımfinalına yüksəlib

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan kanoe-slalomçusu Yure Meqliç 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 32 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə ilk 2 seçmə mərhələ keçidindən sonra 15 ən yaxşı nəticə göstərənlər sırasında yer almağı bacarıb.

İlkin keçiddən sonra onun nəticəsi 2 cərimə saniyəsi ilə 95,12 olubsa, ikinci keçidi cəriməsiz və 90,70-lik göstərici ilə başa vurub. Bununla da Meqliç 21 iştirakçı arasında 11-ci yeri tutub.

Avqustun 10-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq yarımfinal keçidində Meqliç ilk "10-luğ"a düşməyi bacarsa, həmin gün saat 22:15-də start götürəcək finala yüksələcək.

Son xəbərlər

Orphus sistemi