Azərbaycan idmançıları XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayır

Azərbaycan idmançıları XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayır İlk yarış günündə 7 idmançı çıxış edəcək
Fərdi
8 Sentyabr , 2016 10:33
Azərbaycan idmançıları XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayır

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün 2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start veriləcək. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 7 idmançısı çıxış edəcək.

Əvvəlcə iki cüdoçu tatamiyə çıxacaq. 60 kq çəkidə çıxış edən Ramin İbrahimov 1/8 finalda argentinalı Eduardo Qauto ilə üz-üzə gələcək. 66 kq çəkidə yer alan Bayram Musatafayev 1/4 finaldan mübarizəyə qoşulacaq. O, Migel Vieyra (Portuqaliya) - Helison Boto Oliveyra (Braziliya) cütünün qalibi ilə qarşılaşacaq. Cüdoçuların yarışına Bakı vaxtı ilə saat 17:00-da start veriləcək.

Bundan başqa Azərbaycanın 3 atleti də qüvvəsini sınayacaq. Elçin Muradov uzunluğa tullanmada rəqiblərini qabaqlamağa çalışacaq. Bu yarışlar saat 17:25-də başlayacaq. Bakı vaxtı ilə saat 17:56-da kişilərin 400 metr məsafəyə qaçışında Elmir Cəbrayılov, bir dəqiqə sonra qadınların 100 metr məsafəyə qaçışında Yelena Çebanu iştirak edəcək.

Üzgüçülük yarışında Azərbaycanın iki paralimpiyaçısı start xəttinə çıxacaq. Dmitri Saley və Raman Saley 100 metr məsafəyə kəpənək üsulu ilə üzmədə uğur qazanmağa çalışacaqlar. Yarışa saat 18:16-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan XV Yay Paralimpiya Oyunlarına 24 idmançı ilə 6 idman növündə 41 lisenziya qazanıb. Paralimpiadaya sentyabrın 18-də yekun vurulacaq. 

Son xəbərlər

Orphus sistemi