Azərbaycan güləşçisi Rio-2016-da bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq - ƏLAVƏ OLUNUB

Azərbaycan güləşçisi Rio-2016-da bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq - ƏLAVƏ OLUNUB Səbəb rusiyalı güləşçinin finaladək irəliləməsidir
Fərdi
15 Avqust , 2016 19:27
Azərbaycan güləşçisi Rio-2016-da bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq - ƏLAVƏ OLUNUB

İlk xəbər 17:14-də verilib

Bakı. 15 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən yunan-Roma güləşçisi Saman Təhmasibi mübarizəyə başlayıb. 

"Report"un məlumatına görə, iranlı legioner 1/16 finalda rusiyalı Davit Çakvetadze ilə qarşılaşıb.

Görüş ilk hissədə qazandığı 3 xal sayəsində Çakvetadzenin qələbəsi ilə başa çatıb. Bununla belə, Təhmasibi bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq. Səbəb rusiyalı güləşçinin finaladək irəliləməsidir.

Qeyd edək ki, təsəlliverici görüşlərə saat 23:00-da start veriləcək. Bu mərhələdə iranlı legionerin ilk rəqibi həmyerlisi Həbibulla Axlaği olacaq.

Son xəbərlər

Orphus sistemi