Azərbaycan cüdoçularının "Rio-2016"da ilk rəqibləri müəyyənləşib

Azərbaycan cüdoçularının "Rio-2016"da ilk rəqibləri müəyyənləşib İdmançılarımızın hamısının ilk görüşləri 1/16 final mərhələsinə təsadüf edəcək
Fərdi
5 Avqust , 2016 03:00
Azərbaycan cüdoçularının Rio-2016da ilk rəqibləri müəyyənləşib

Bakı. 5 avqust. REPORT.AZ/ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib. "Report"un məlumatına görə, yığmanın 6 üzvündən mübarizəyə ilk olaraq, Orxan Səfərov (60 kq) qatılacaq.

Avqustun 6-da tatami üzərinə çıxacaq Səfərov perulu Xuan Postiqosla üz-üzə gələcək.

Ertəsi gün Nicat Şıxəlizadə (66 kq) çıxış edəcək. Onun ilk rəqibi ispaniyalı Suqoy Uriarte olacaq.

Avqustun 8-də nəzərlər Avropa çempionu Rüstəm Orucovun (73 kq) çıxışına yönələcək. Orucov Faye Nji (Qambiya) - Didar Kamza (Qazaxıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Avqustun 10-da Məhəmmədəli Mehdiyev (90 kq), ertəsi gün Elmar Qasımov (100 kq) tatamiyə çıxacaq. Onlar ilk görüşdə müvafiq olaraq, rusiyalı Kiril Denisov və Tahir Xaybulayevlə görüşəcəklər.

Nəhayət, avqustun 12-də Uşangi Kokauri (+100 kq) mübarizəyə qoşulacaq. Onun ilk rəqibi latviyalı Artur Nikiforenko olacaq.

Qeyd edək ki, Azərbaycanın bütün cüdoçularının ilk görüşləri 1/16 final mərhələsinə təsadüf edəcək.

Son xəbərlər

Orphus sistemi