Azərbaycan boksçularının Dünya Təsnifat Turnirindəki rəqibləri müəyyənləşir

Azərbaycan boksçularının Dünya Təsnifat Turnirindəki rəqibləri müəyyənləşir Bakıda keçirilən yarışa iyunun 25-də yekun vurulacaq
Fərdi
17 İyun , 2016 11:09
Azərbaycan boksçularının Dünya Təsnifat Turnirindəki rəqibləri müəyyənləşir

Bakı. 17 iyun. REPORT.AZ/ Bakıda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli boks üzrə Dünya Təsnifat Turnirinə start verilib. "Report"un məlumatına görə, yarışda Azərbaycanı 3 boksçu təmsil edir. 

İlk olaraq 75 kq-da yarışacaq Kamran Şahsuvarlının rəqibi məlum olacaq. Bu gün albaniyalı Aryon Kayoşi və belçikalı Lay Kalenqa Mişika arasında keçiriləcək döyüşün qalibi 1/16 finalda Şahsuvarlı ilə görüşəcək. Rəqiblər iyunun 20-də üz-üzə gələcək.

81 kq çəkidə mübarizə aparan Teymur Məmmədovun da 1/16 finaldakı rəqibi bu gün axşam müəyyənləşəcək. Həmin görüşdə rinqə tacikistanlı Mexrubon Sanginov və çinli Şi Quojun rinqə çıxacaq. 1/16 final mərhələsinin döyüşü iyunun 19-da olacaq.

49 kq-da çıxış edən Rüfət Hüseynovun rəqibi isə sabahkı döyüşdə müəyyənləşəcək. Dominikan Respublikasından olan Santilyan Perez Viktor Daniel Çin Taybeyi idmançısı Tu Po-Veylə qarşılaşacaq və qalib 1/8 finalda azərbaycanlı boksçuya qarşı mübarizə aparacaq. Bu döyüş iyunun 20-də baş tutacaq.

Qeyd edək ki, "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən Dünya Təsnifat Turniri iyunun 25-dək davam edəcək. 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar, 91 kq və +91 kq çəkilərdə isə yalnız birinci pillənin sahibləri Rio-de-Janeyroya yollana biləcəklər. Azərbaycan boksçuları turnirə indiyədək lisenziya qazana bilmədikləri 49 kq, 75 kq və 81 kq çəkilərdə qatılıb. Bunlar müvafiq olaraq, Rüfət Hüseynov, Kamran Şahsuvarlı və Teymur Məmmədovdur.

Son xəbərlər

Orphus sistemi