​Azərbaycan boks yığmasının böyük məşqçisi: "Lorenso çox yaxşı döyüş nümayış etdirdi"

​Azərbaycan boks yığmasının böyük məşqçisi: "Lorenso çox yaxşı döyüş nümayış etdirdi" Nəriman Abdullayev: "Fransız boksçusu öz işini görə bilmədi"
Fərdi
15 Avqust , 2016 03:38
​Azərbaycan boks yığmasının böyük məşqçisi: Lorenso çox yaxşı döyüş nümayış etdirdi

Bakı. 15 avqust. REPORT.AZ/ "Fransız boksçusu güclü rəqib idi. Lakin bugünkü qarşılaşmada öz işini görə bilmədi".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında boks üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Nəriman Abdullayev deyib.

O, bunu Azərbaycan təmsilçisi Lorenso Sotomayorun qarşılaşmaya daha yaxşı hazır olması ilə əlaqələndirib.

"Lorenso Sotomayor bu yarışa psixoloji cəhətdən daha yaxşı hazır idi və çox gözəl qələbə çaldı. Hakimlər də buna rəy verdilər".

Onun sözlərinə görə, digər döyüşlərlə müqayisədə Lorenso bu gün daha yaxşı döyüş nümayış etdirib: "Rəqib güclü idi. Biz onu tanıyırdıq. Lorenso bugünkü görüşdə çox yaxşı təsir bağışladı. Hiss olunurdu ki, çox rahat görüşdür".

Son xəbərlər

Orphus sistemi