AİBA prezidenti Bakıda keçiriləcək Dünya Təsnifat Turnirindən danışıb

AİBA prezidenti Bakıda keçiriləcək Dünya Təsnifat Turnirindən danışıb "Dünya çempionatı Bakıda yüksək səviyyədə təşkil olundu"
Fərdi
14 İyun , 2016 10:48
AİBA prezidenti Bakıda keçiriləcək Dünya Təsnifat Turnirindən danışıb

Bakı. 14 iyun. REPORT.AZ/ "Rio-2016-da 250 yer uğrunda gedən boks mübarizəsi final mərhələsinə çatır. Həlledici mərhələdə inanılmaz sayda boksçu var və bu da hər birinin yekun hədəfinin olimpiadada iştirak olduğunu göstərir". "Report"un məlumatına görə, bunu Beynəlxalq Həvəskar Boks Federasiyasının (AİBA) prezidenti Çinq Kuo Vu Bakıda keçiriləcək 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Dünya Təsnifat Turnirindən danışarkən deyib. 

Qurum rəhbəri Azərbaycanın yarışın təşkilində təcrübəsinin olduğunu söyləyib: "2011-ci ildə Bakıda dünya çempionatı, eyni zamanda peşəkar boks turniri yüksək səviyyədə təşkil olunub. Turnirdəki bütün rəqiblərə uğur diləyirəm. Onlara öz xəyallarını Bakıda gerçəkləşdirməyi arzu edirəm".

Qeyd edək ki, Dünya Təsnifat Turniri 16 - 25 iyunda "Sərhədçi" İdman Olimpiya Mərkəzində keçiriləcək. 52 kq, 56 kq, 60 kq, 64 kq, 69 kq, 75 kq və 81 kq çəkilərdə olimpiadaya lisenziyanı ilk 5 yeri tutan idmançılar əldə edəcək. Başqa sözlə, yarımfinaladək irəliləyənlərlə yanaşı, öz çəkisinin qalibinə 1/4 finalda uduzan boksçu vəsiqə sahibi olacaq. 49 kq-da finalçılar, 91 kq və +91 kq çəkilərdə isə yalnız birinci pillənin sahibləri Rio-de-Janeyroya yollana biləcəklər. 

Azərbaycan boksçuları turnirə indiyədək lisenziya qazana bilmədikləri 49 kq, 75 kq və 81 kq çəkilərdə qatılacaq. Bunlar müvafiq olaraq, Rüfət Hüseynov, Kamran Şahsuvarlı və Teymur Məmmədovdur. 

Son xəbərlər

Orphus sistemi