Xətai rayonunda yaşayış binalarına əlavə tikililər sökülür - VİDEO

Xətai rayonunda yaşayış binalarına əlavə tikililər sökülür - VİDEO Artırmalar müxtəlif illərdə icra hakimiyyətinin icazəsi ilə aparılıb, amma rəsmi sənədləri mövcud deyil
Multimedia
27 Yanvar , 2015 15:38
Xətai rayonunda yaşayış binalarına əlavə tikililər sökülür - VİDEO

Bakı. 27 yanvar. REPORT.AZ/ Bakının Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən yaşayış binalarına əlavə tikililərin sökülməsinə başlanılıb.

"Report" xəbər verir ki, beşmərtəbəli binaların birinci mərtəbələrinin yol istiqamətində tikilmiş artırmaların söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti nümayəndələrinin rəhbərliyi altında həyata keçirilir.

Söküntü ilkin layihə vəziyyətini pozmaqla binanın yükdaşıyan konstruksiyalarını və bütövlükdə dayanıqlığın zəifləməsinə səbəb olan yenidənqurma, genişləndirmə və qeyri-qanuni aparılan tikililərə şamil olunur.

Həmin tikililərin sahibləri "Report"a bildiriblər ki, artırmalar müxtəlif illərdə icra hakimiyyətinin icazəsi ilə aparılıb, amma rəsmi sənədləri mövcud deyil.

Son xəbərlər

Orphus sistemi