Tovuzun cəbhəyanı kəndlərində "Son zəng" çalınıb - FOTOREPORTAJ

Tovuzun cəbhəyanı kəndlərində "Son zəng" çalınıb - FOTOREPORTAJ Tədbir məzunların ifasında musiqi və rəqs nümunələri ilə davam edib
Multimedia
14 İyun , 2016 14:12
Tovuzun cəbhəyanı kəndlərində Son zəng çalınıb - FOTOREPORTAJ

Tovuz. 14 iyun. REPORT.AZ/ Bu gün Tovuz rayonunun cəbhə boyu kəndlərində "Son zəng" çalınıb. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Əlibəyli kənd orta məktəbində bu münasibətlə tədbir keçirilib. "Son zəng" tədbirində çıxış edənlər məzunları təbrik edib onlara tələbə adını qazanmağı arzulayıblar. Əllərində üç rəngli Azərbaycan bayrağı, sinələrində məzun yazısı olan onbiricilər estafeti onuncu siniflərə təqdim ediblər. Tədbir məzunların ifasında musiqi və rəqs nümunələri ilə davam edib.

Bu il Əlibəyli kənd orta məktəbində 111 şagirdən 7-si məzun adını qazanıb.

Xatırladaq ki, bu ildən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Son xəbərlər

Orphus sistemi