“Şahdağ”da qanadlanan xalçalar - FOTOREPORTAJ

“Şahdağ”da qanadlanan xalçalar - FOTOREPORTAJ "Xalçaların Şahı" adlanan müsabiqə bu il yenidən baş tutub
Multimedia
16 Fevral , 2015 15:40
“Şahdağ”da qanadlanan xalçalar - FOTOREPORTAJ

Bakı. 16 fevral. REPORT.AZ/ “Şahdağ” Turizm Mərkəzində keçən ildən etibarən keçirilən "Xalçaların Şahı" adlanan müsabiqə bu il yenidən baş tutub.

"Report" xəbər verir ki, müsabiqə "Red Bull" və “Şahdağ” turizm kompleksinin birgə əməkdaşlığı çərçivəsində keçirilib. Müsabiqənin mahiyyəti şən kostyumlar geyinmiş iştirakçıların istənilən qurğularla 80 metr uzunluğu və sonu 80 sm kiçik tramplin hündürlüyündən ibarət olan məsafəni qət edərək dağdan enmələri və sonda soyuq su ilə dolu hovuza düşmələrindən ibarətdir.

Ən maraqlısı isə müsabiqə üçün xüsusi yaradılan nəqliyyat vasitələrində əsas elementin "xalça" seçilməsidir.

Qeyd edək ki, bu il müsabiqədə 20 ən yaradıcı komanda seçilərək iştirak edib. Münsiflər heyəti qalibləri üç meyar üzrə müəyyən edib: ən yaxşı atlama, ən kreativ komanda və tamaşaçı simpatiyası.

Son xəbərlər

Orphus sistemi