Qubaya qar yağıb - FOTO

Qubaya qar yağıb - FOTO Dağlıq ərazilərdə qar örtüyü 15 santimetrə çatıb
Multimedia
29 Mart , 2016 13:51
Qubaya qar yağıb - FOTO

Bakı. 29 mart.REPORT.AZ/ Quba rayonuna qar yağıb. "Report" xəbər verir ki, hazırda qar örtüyü Qubada 10, rayonun dağlıq ərazilərində isə 15 santimetrə çatıb. Ən çox qar Qubanın Buduq, Xınalıq, Qrız və Qusarın Ləzə kəndinə yağıb.

Quba Rayon İcra Hakimiyyətindən (RİH) "Report"a bildirilib ki, dağ kəndlərinə gedən yollarda avotmobillərin hərəkətində heç bir problem yaranmayıb:
"Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası və işçi qüvvəsi Quba-Xınalıq istiqamətində yolları qardan təmizləyib. Quba-Qonaqkənd istiqamətindəki yolda da qar təmizlənib və avtomobillərin hərəkətində problemlər yaranmayıb".

Qeyd edək ki, Azərbaycanın şimal rayonlarında yağmurlu hava davam edir.

Son xəbərlər

Orphus sistemi